Modern.az

Milli Şura daha bir mitinq təyin etdi

Milli Şura daha bir mitinq təyin etdi

Təhsil

23 Aprel 2015, 13:29


Mayın 3-də Milli Şura növbəti dəfə mitinq keçirəcək. Bu barədə Modern.az-a Milli Şuranın sədri Cəmil Həsənli məlumat verib.

O bildirib ki, mitinqin harada keçiriləcəyi dəqiq bilinmir: “Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunandan sonra mitinqin yeri müəyyənləşəcək. Məkan dəqiqləşəndən sonra mitinqin məqsədi də açıqlanacaq”.

Milli Şura bundan əvvəl də 2 dəfə bahalaşmaya, inhisarçılığa, korrupsiyaya etiraz olaraq mitinq keçirib.

Sevinc Yasinqızı 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə