Modern.az

"Siz hamınız arxa qapıdan girənlər, rektorunuz isə dələduzdur"

"Siz hamınız arxa qapıdan girənlər, rektorunuz isə dələduzdur"

Təhsil

21 Sentyabr 2010, 15:55

Sentyabrın 21-də Reportyorların Azadlığı və Təhlükəsizlik İnistutunun konfrans zalında fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) bir qrup tələbəsi və diplom ala bilməyən məzunu mətbuat konfransı keçirib.
Modern.az-ın məlumatına görə, Tarix və ictimayyət fakültəsinin tələbəsi Elvin Dadaşov bildirib ki, Təhsil Nazirliyi ABU-nun bir qrup tələbəsini qanunsuz yolla universitetə qəbul olanlar kimi qələmə verir. E.Dadaşov bildirib ki, testdənkənar qəbul olunsalar da, özlərini qanunsuz tələbələr saymırlar:

“Təhsil Nazirliyi bizə verilən tləbə bileti, təhsilhaqqı çeklərini saxta adlandırır, bizi qapıdan qovurlar”. E.Dadaşov ABU-nun rektoru Elşad Abdullayevi də onlara kömək etməməkdə ittiham edib. O, Təhsil Nazirliyinə müraciətində bildirib ki, daxili testlə ABU-ya qəbul olunanların diplomları verilməsə və özəl ali məktəblərə köçürülməsələr Avropa Məhkəməsinə müraciət edəcək, aclıq aksiyası keçirəcəklər.

Tədbirdə iştirak edən tanınmış vəkil Aslan İsmayılov bildirib ki, mətbuat konfransə keçirən tələbə və məzunlar qanunlara zidd olaraq ABU-ya arxa qapıdan girib diplom almaq istəyənlərdir. “Siz hamınız arxa qapıdan girib diplom almaq istəyənlərsiniz. Sizi aldadanlar bunu bir biznesə çeviriblər. Elşad Abdullayev bir dələduzluq yolu tutub və bu dələduzluq bir adama qarşı deyil,  minlərlə adama qarşı aparılıb”.

A.İsmayılov məsləhət görüb ki, ABU-ya daxili testlə qəbul olunan tələbələr öz hüquqlarını müdafiə komitəsini yaratsınlar, hər biri ayrı-ayrılıqda respublikanın Baş Prokurorluğuna ərizə ilə müraciət etsinlər.

Mail Ağaxanov  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə