Milli Məclisin deputatı Fəttah Heydrov parlament seçkilərində iştirak etmək üçün sənədlərini DSK-ya təqdim edib. Deputat yenidən 116 saylı Qəbələ seçki dairəsindən namizəd olacaq. Bu barədə Modern.az –a MSK-nın mətbuat xidmətindən məlumat verilib. F.Heydərov artıq imza vərəqələrini götürüb. Millət vəkili seçkilərə bitərəf olaraq qatılacaq.
Fəttah Heydərov1938-ci il fevralın 23-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Çeşməbasar kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini və Ali Partiya Məktəbini bitirib. «Şöhrət» ordeni ilə təltif edilib.
1955-ci ildən Naxçıvan Muxtar Respublikasında kənd klubunun müdiri, kənd məktəbinin müəllimi işləyib. 1966-cı ildən Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı, 1970-ci ildən Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi, 1976-cı ildən Naxçıvan Muxtar Respublikasının əhaliyə məişət xidməti naziri olub. 1978-ci ildən Ordubad Rayon Partiya Komitəsinin, 1980-ci ildən Culfa Rayon Partiya Komitəsinin birinci katibi, 1983–1995-ci illərdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifələrində çalışib.
Bitərəfdir.
Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
Milli Məclisin Regional məsələlər komitəsi sədrinin müavinidir. ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 5 övladı var.
Modern.az