Modern.az

Baş katib Qarabağ separatçılarını pislədi

Baş katib Qarabağ separatçılarını pislədi

Təhsil

24 Aprel 2015, 09:52


İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad Amin Mədəni Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ ərazisində mayın 3-də keçiriləcək qondarma “parlament seçkiləri”ni pisləyərək vurğulayıb ki, “seçkilər” qanunsuzdur və BMT-nin, İƏT-in və ATƏT-in qətnamələrinə ziddir.

Modern.az xəbər verir ki, baş katib beynəlxalq ictimaiyyəti bu “seçkiləri” pisləməyə və onun qeyri-qanuniliyini tanımağa çağırıb.

İyad Amin Mədəni İƏT-in Azərbaycanın bu münaqişənin müvafiq qətnamələrə uyğun olaraq, dövlətlərin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində sülh yolu ilə həlli istiqamətindəki səylərini dəstəklədiyini bir daha vurğulayıb.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə