“Eurovision 2015” təmsilçimiz Elnur Hüseynov Yunanıstanda olub.
Modern.az xəbər verir ki, təmsilçimiz Afinada “MAD TV” telekanalında “To Proino Mou” adlanan” səhər şousunda “Hour of the Wolf” müsabiqə mahnısını canlı ifa edib. “MAD TV Albania” telekanalına isə müsahibə verib.
Təmsilçimiz “Hello! Magazine”, “Virus” jurnalları və “Oikotimes.com” portalı üçün də müsahibələr verib.
Daha sonra Elnur Hüseynov Azərbaycanın Yunanıstandakı səfirliyi tərəfindən təşkil edilən ziyafətdə iştirak edib.
Elnur Hüseynov mayın 21-də ikinci yarimfinalda 11-ci sırada çıxış edəcək.