Almaniya prezidenti Yoahim Qauk 1915-ci ildə ermənilərin ölümü ilə nəticələnən hadisələrin “soyqırımı” olduğunu deyib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Yoahim Qauk Berlində qondarma erməni soyqırımı ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı “soyqırımı” ifadəsini işlədib:“Ermənilərin taleyi kütləvi qırğınlara misal göstərilə biləcək tarixi bir hadisə, etnik təmizləmə, sürgün və “soyqırımı”dır. Bu 20-ci əsrin dəhşətli hadisələrindən biridir. Bu hadisəyə görə, kədərlənmək, planlaşdırılmış şəkildə öldürülən bu insanların yasını tutmaq olar”.
Almaniya hökuməti indiyə kimi “soyqırımı” sözünü işlətməyib.
Sevinc Yasinqızı