Modern.az

Keçmiş fizika müəllimi “İslam dövləti”nin yeni başçısı seçildi

Keçmiş fizika müəllimi “İslam dövləti”nin yeni başçısı seçildi

Təhsil

24 Aprel 2015, 11:56


Dünyanın təhlükəsizliyi üçün əsas təhlükə sayılan “İslam dövləti” (əvvəlki İŞİD-red)  teror qruplaşmasının yeni müvəqqəti başçısı seçilib.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, İraq prezidentinin məsləhətçisi doktor Hişam Əl-Haişimi təşkilatın yeni liderinin keçmiş fizika müəllimi Əbu Ala Əfri olduğunu deyib.

  “Əl Bağdadi ölərsə, o “İslam dövlətinin daimi lideri olacaq”-deyə Əl-Haşimi deyib.   

Martın 18-də İraqın şərqində ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin maşın karvanına endirdiyi hava zərbələri nəticəsində “İslam dövləti” qruplaşamasının lideri Əbu Bəkr Əl Bağdadi ağır xəsarətlər almışdı.    

Vüqar İsmayılov    

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə