“İlham Mirzəyevin növbəti apelyasiya şikayətilə bağlı məhkəməyə müraciət etməsi barədə məndə informasiya yoxdur”.
Bu barədə Modern.az saytına dələduzluqda ittiham olunaraq 4 il 6 ay həbs cəzası almış teleaparıcı İlham Mirzəyevin hüquqlarını müdafiə etmiş vəkil Xanlar Bayramov bildirib.
Vəkil qeyd edib ki, müttəhimlə sonuncu dəfə mart ayının 17-də keçirilən məhkəmə prosesində görüşüb:
“Sonuncu görüşümüz apelyasiya şikayətilə bağlı keçirlən məhkəmədə olub. Həmin vaxtdan da bizim bağladığımız müqavilənin müddəti başa çatıb. Və bir daha müqavilə üçün mənə müraciət olunmayıb”.
“İlham Mirzəyev bir daha apelyasiya şikayəti verəcəkmi” sualına X.Bayramov “yəqin ki, yox” cavabını verib.
Xatırladaq ki, İ.Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunaraq 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Gülşən RAUFQIZI