Bu gün Türkiyədə Çanaqqala zəfərinin 100 illiyi ilə bağlı keçirilən beynəlxalq səviyyəli rəsmi tədbirlərin protokol qaydaları məlum olub.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, protokola əsasən, tədbirlər üçün iki ayrı proqram hazırlanıb.
Belə ki, Çanaqqala tədbirlərində iştirak edəcək müsəlman siyasətçilər cümə namazı qılacaq, qeyri-müsəlmanlar isə “Savarona” gəmisi ilə boğaz turuna çıxacaqlar.
Müsəlman siyasətçilər Yəhya Çavuş Şəhidlər Məscidində birgə namaz qılacaqlar.
Qeyd edək ki, qondarma erməni soyqırımı günü ilə eyni vaxtda keçirilən Çanaqqala tədbirlərində 17 dövlət başçısı, 3 parlament sədri, 5 baş nazir iştirak edəcək. Bununla yanaşı, bir sıra dövlətləri nazirlər təmsil edəcək.
Azərbaycan prezidenti İlham Əliyevin də həmin tədbirdə iştirakı gözlənilir.
Modern.az