Osmanlı imperiyasında 1915-ci ildə baş verən hadisələrlə bağlı bu gün Türkiyədəki erməni patriarxlığının sahiblik etdiyi Məryəm Ana Kilsəsində mərasim keçirilib.
Modern.az saytının Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə mərasimdə Avropa Birliyi naziri Volkan Bozkır da iştirak edib.Mərasim zamanı “Müqəddəs Sunu” adlı ayin icra edilib. Bundan başqa, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müraciəti oxunub.
“Erməni xalqının keçmişdə yaşadığı sıxıntılar bilirik və dərdinizi səmimiyyətlə biz də paylaşırıq. Osmanlı ermənilərinin dünyanın hər yerindəki nəvələrinə könül qapılarımızın sonuna qədər açıq olduğunu bilməyinizi istəyirəm”,-deyə müraciət bildirib.
Türkiyədə bu cür tədbir 1916-cı ildən bu yana ilk dəfədir ki, keçirilir.
Modern.az