“Sərnişin metropoliten işçilərinə xəbər vermədən Fövqaladə Hallar Nazirliyinə zəng edərək yanğın olduğuna dair yalnış məlumat verib. Çünki, heç bir yanğın faktı qeydə alınmayıb”.
Bunu Modern.az saytına açıqlamasında Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib. Qurum rəsmisi qeyd edib ki, sərnişin metropliten əməkdaşlarına müraciət etmədən belə bir addım atması yersiz panikaya səbəb olub.
Modern.az saytının əldə etdiyi məlumata əsasən, isə sözügedən tuneldə Vaqif Mustafayevin rejissoruluğu ilə film çəkilir. Filmin mərhum Heydər Əliyevə həsr olunduğu bildirilir. Sərnişinin yanğın baş verdiyi fikrinə düşməsinə səbəb də məhz film çəkilişi olub.
"28 May" metrostansiyasında hadisə baş verməsi barədə virtualaz.org saytı məlumat yayıb.
Gülşən Raufqızı