Modern.az

Özünü vəzifəli şəxs kimi təqdim edən şəxs ifşa edildi

Özünü vəzifəli şəxs kimi təqdim edən şəxs ifşa edildi

24 Aprel 2015, 17:11

Özünü Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının məsul əməkdaşı kimi təqdim edən dələduz şəxs ifşa olunub. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a məlumat verilib.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış araşdırmalarla Yevlax rayon sakini Həsən Əliyevin özünü Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının məsul əməkdaşı kimi təqdim edərək Ağdaş rayon sakininin övladını Penitensiar Xidmətin Şəki penitensiar müəssisəsinə işə qəbul etdirəcəyini vəd edərək 4 min 500 manat məbləğində pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməsində şübhələr üçün əsaslar müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanın.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə