Modern.az

Dövlət İdarəçilik Akademiyasında multikulturalizm söhbətləri…

 Dövlət İdarəçilik Akademiyasında multikulturalizm söhbətləri…

24 Aprel 2015, 17:32



Aprelin 24-də Prezident yanında Dövlət İdarəçilik Akademiyasında “Multikulturalizmin aktual məsələləri” mövzusunda elmi konfrans keçirilib. Akademiyanın rektoru, akademik Urxan Ələkbərov konfransı giriş sözü ilə açaraq ölkəmizin prioritet istiqamətlərindən olan multikulturalizm siyasəti barədə danışıb. Konfransda AR millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi, Dövlət İdarəçilik Akademiyasının Fəlsəfə və Sosial Psixologiya kafedrasının müdiri, professor Etibar Nəcəfov “Multikulturalizmin bəzi sosial-fəlsəfi problemləri”, Akademiyanın tədris işləri üzrə prorektoru, professor Əlikram Abdullayev “Etnik-mədəni müxtəlifliyin tənzimlənməsində multikulturalizm siyasətinin əhəmiyyəti”, Bakı Beynəlxalq Multikulturalizm Mərkızinin icraçı direktoru, professor Azad Məmmədov “Azərbaycan dövlətinin multikulturalizm siyasətinin həyata keçirilməsində Multikulturalizm Mərkəzinin rolu”, AR Prezidenti yanında “Bilik” Fondunun aparat rəhbəri Hacı Abdulla “Ölkəmizdə multikultural mühitin möhkəmləndirilməsində “Bilik Fondu”nun layihələrinin əhəmiyyəti” və Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Nəriman Qasımzadə “Multikultural təhlükəsizlik və onun əsas prinsipləri” mövzusunda məruzə edib.

Məruzələrdə multikultural təhlükəsizlik anlayışı, multikulturalizmin dövlət siyasəti istiqamətində yeri, multikultural situasiyanın əsas qaynağının etnik və dini müxtəliflik amili olduğundan ayrı-ayrı etnik və dini icmaların birgəyaşayış maraqlarının təmin edilməsi barədə danışılıb. Bildirilib ki, bir sıra Qərb ölkələrinin multikulturalizmin iflasa uğramasını bəyan etdikləri bir dövrdə Azərbaycan Respublikası multikulturalizmi özünün dövlət siyasəti kimi qələmə verir.
O da vurğulanıb ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, multikulturalizm xalqımızın həyat tərzinə çevrilib. Multikulturalizmin vətəndaşların həyat tərzinə çevrilməsi onun inkişafının ən yüksək mərhələsidir.

Konfransın sonunda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllim və tələbələri məruzələr ətrafında çıxış edib.

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə