Modern.az

"“Əli və Nino” filminin çəkilişi dayandırılmayıb" - Çəkiliş heyəti

"“Əli və Nino” filminin çəkilişi dayandırılmayıb" - Çəkiliş heyəti

24 Aprel 2015, 18:01


Yazıçı Qurban Səidin “Əli və Nino” romanı əsasında lentə alınan eyni adlı çoxseriyalı bədii filmin çəkiliş heyəti bu ekran əsərinin çəkilişinin maliyyə problemlər səbəbindən dayandırılması haqda yayılan xəbərlərə münasibət bildirib.

Çəkiliş heyətinin Modern.az saytına verdiyi məlumata görə, hazırda “Əli və Nino” filminin  çəkilişləri Türkiyə ərazisində davam etdirilir. Azərbaycanda baş tutan çəkilişlər isə Bakı və Bakıətrafı rayonlarda –Qobustan, Bibiheybət, İçərişəhərdə həyata keçirilib.

Çəkilişlər həmçinin Azərbaycanın bölgələrində - Xınalıqda və Gədəbəydə aparılıb. Hazırda Azərbaycan çəkilişləri yekunlaşan film Türkiyədə davam etdirilir. Filmin çəkilişi ayın sonuna yekunlaşacaq və daha sonra istehsal prosesi davam etdiriləcək.

Çəkiliş heyəti filmin maliyyə problemlərinə görə dayandırıldığı haqda yayılan xəbərlərin şayiə olduğunu və həqiqəti əks etdirmədiyini vurğulayıb.

Qeyd edək ki, dünən Türkiyə mətbuatı filmin sponsorlarının geri çəkilməsi və bu səbəbdən çəkilişlərin yarımçıq qalması ilə bağlı xəbər yaymışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə