Moskvanın şimalında üzrərində Ermənistan bayraqları olan 40 maşından ibarət avtomobil karvanı saxlanılıb. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, polis onların Leninqrad prospektində yürüş zamanı havaya atəş açdığını müəyyən edib. Moskva polisinin müdaxiləsindən sonra avtomobillərin yoxlanılmasına başlanılıb və yürüş yarımçıq dayandırılıb.
Havaya atəş açılması ilə bağlı cinayət işinin açılması da istisna olunmur.
Modern.az