Modern.az

I Avropa Oyunlarına bilet satışı üçün yeni məntəqələr açıldı

I Avropa Oyunlarına bilet satışı üçün yeni məntəqələr açıldı

Təhsil

24 Aprel 2015, 18:36


Modern.az
xəbər verir ki, Bakı-2015 iyunun 12-dən 28-dək keçiriləcək Birinci Avropa Oyunlarına biletləri Bakının müxtəlif nöqtələrində yerləşən seçilmiş "McDonald's" restoranlarından almağın mümkün olduğunu elan edib.

Bakı-2015-in qida təchizatı üzrə rəsmi dəstəkçisi "McDonald's" özünün Neftçilər, Əhmədli və Fəvvarələr meydanındakı mərkəzlərində bilet kassaları yerləşdirməklə idman azarkeşlərinə Azərbaycan tarixinin ən mötəbər tədbirində iştirak etmək üçün bilet almağa imkan yaradır.

Bilet kassalarının açılışında çıxış edən Bakı-2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, bilet satışları uğurla davam edir: “Biz McDonald's-ın göstərdiyi dəstəyin daha çox insana Bakı-2015-in həyacanını yaşamağa imkan yaradacağından məmnunuq. 12 iyun açılış mərasiminə sayılı günlər qaldıqca ölkə boyunca Oyunlara olan marağın artdığının şahidi ola bilərsiniz. Bakı sakinləri Oyunlara böyük dəstək göstərirlər və ötən həftə təşkil etdiyimiz test yarışlarının böyük tamaşaçı kütləsi qarşısında keçməsi bizi sevindirdi”.

Bakı-2015 Avropa Oyunları zamanı şəhərin müxtəlif yerlərindəki arenalarda 20 idman növündə 6 mindən çox idmançı mübarizə aparacaq.

McDonald's-la yanaşı, biletləri www.baku2015.com saytında onlayn üsulla və ya Bakının digər nöqtələrində yerləşən bilet satış məntəqələrindən də almaq mümkündür. Ətraflı məlumat www.baku2015.com saytında, yaxud 2015-tamaşaçı məlumat mərkəzinə zəng etməklə əldə etmək olar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə