Modern.az

“Çanaqqala dünyaya örnək olmalıdır”

“Çanaqqala dünyaya örnək olmalıdır”

24 Aprel 2015, 21:02


Bu gün Çanaqqala zəfərinin 100 illiyi münasibətilə keçirilən tədbirdə  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, dövlət başçısı 100 il əvvəl Gelibolu yarımadasında vətənlərini, şərəflərini qoruyan əsgərlər cəsarətlə ölümün üzərinə getdiklərini bildirib.  

Onun sözlərinə görə dünyanın dörd bir tərəfindən gələn əsgərlər də əzm və cəsarətlə döyüşdülər. Prezident deyib ki, Çanaqqala hadisəsində həlak olanların birini ehtiramla yad edirlər.  

Ərdoğan bildirib ki, Birinci Dünya müharibəsinin izləri hələ də qalır:

"Çanaqqala bu savaşın dolayısı ilə təsir etdiyi xalqların nümayəndələri də bu mərasimə qatılıblar. Bütün dünyaya sülh mesajı vermək baxımından Çanaqqalanın, Gelibolunun çox münasib yer olduğunu düşünürəm. Çünki bu döyüşün özündə də humanist mesajlar olub”.

Prezident əlavə edib ki, Çanaqqala yeni düşmənlər qazanmaq deyil, sülh mesajı baxımından bütün xalqlara örnək olmalıdır.

“Biz bu yüz ili sülh əsrinə çevirmək üçün hər cür əməkdaşlığa hazırıq. Çanaqqalada döyüşmüş hər bir qəhrəmanın ruhu qarşısında ehtiramla baş əyirəm”.

Modern.az


 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə