Türkiyədə Çanaqqala zəfərinin 100-cü ildönümü ilə bağlı keçirilən tədbirlər davam etdirilir.
Modern.az saytının Türkiyə KİV-nə istinadən xəbər verir ki, Çanaqqala şəhidlərini anma mərasimində müsəlman dövlət başçıları islam qaydalarına uyğun dua ediblər.
Bu zaman dua edən prezidentlərin arasında olan Böyük Britaniya şahzadəsi Çarlzın addımı da diqqət çəkib.
Belə ki, o, müsəlman prezidentlərin duası zamanı önə əyilərək şəhidlərin ruhuna hörmət göstərib.
Modern.az