Modern.az

İlham Əliyev Ollandla görüşdü – niyyət protokolu imzalandı

İlham Əliyev Ollandla görüşdü – niyyət protokolu imzalandı

25 Aprel 2015, 09:45

Azərbaycan Prezidenti İlham Əliyev və Bakıda işgüzar səfərdə olan Fransa Prezidenti Fransua Olland arasında təkbətək görüş keçirilib.

Modern.az xəbər verir ki, görüşdən sonra Azərbaycan Respublikasının təhsil naziri ilə Fransa Respublikasının milli təhsil, ali təhsil və tədqiqat naziri arasında Azərbaycan-Fransız Universitetinə dair niyyət protokolu imzalanıb.

Niyyət protokolunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov və Fransanın Azərbaycandakı səfiri Paskal Mönye imzalayıblar.

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə