"Əgər Ukraynada iğtişaşlar üçün bəhanələr olacaqsa, onda ölkəyə nəzarət itiriləcək”.
Modern.az xarici KİV-ə istinadən bildirir ki, bunu parlamentdəki “Batkivşina” fraksiyasının lideri, keçmiş baş nazir Yuliya Timoşenko bəyan edib: “Belə şok terapiyası ölkəyə nəzarətin itirilməsi ilə nəticələnə bilər. Əgər bircə üsyan baş verəcəksə, bundan Rusiya prezidenti Vladimir Putin istifadə edəcək”.
O, hökumətin iqtisadiyyatda, bank sahəsindəki fəaliyyətini də tənqid edərək, baş nazir Arseniy Yatsenyukun kabinetini biznesin inkişafı prosesində iştirak etməməkdə günahlandırıb:
“Bu yarım ildəki 120 faizlik inflyasiya baxmayaraq şok terapiyadır. Hamının əmək haqları dondurulub. Şok terapiyası – bu əhalinin depozitlərinə vergi tətbiqidir – dünyanın heç yerində buna rast gəlinməyib.
Bu şok terapiya iqtisadiyyatın sağlamlaşması ilə nəticələnəkmi? Mən deyirəm ki, buna səbəb olmayacaq. Bizim iqtisadiyyatımız 25 faiz geriləyib. Bu şok terapiyanın göstəricisidir, daha doğrusu, bu terapiyasız şokdur”.
Timoşenkonun sözlərinə görə, baş nazir Arseniy Yatsenyukun bütün qiymətləri qaydaya salması üçün iki həftə vaxtı var: “Ali Radanın hələ ki sessiyası yoxdur, biz baş nazirə iki həftə vaxt verməliyik. Əgər o, vicdanlı və düzgün adamdırsa, bu iki həftə ərzində qaz və istilikdən düzgün istifadə qaydaları haqda qərar veriməlidir, bütün qiymətlər yoxlanılmalıdır”.
Modern.az