Modern.az

Bakıda nahar edən Fransa prezidenti ölkəsinə yollandı

Bakıda nahar edən Fransa prezidenti ölkəsinə yollandı

25 Aprel 2015, 11:50


Aprelin 25-də Azərbaycan-Fransız Universitetinə dair Niyyət Məktubu imzalanandan sonra Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Fransa Prezidenti Fransua Olland birgə nahar ediblər.

***

Fransa Respublikasının Prezidenti Fransua Ollandın Azərbaycan Respublikasına işgüzar səfəri başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fransa Respublikasının Prezidenti Fransua Ollandı hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev və digər rəsmi şəxslər yola salıblar.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə