Modern.az

“Ded Xasan” Bakıda olub?

“Ded Xasan” Bakıda olub?

Təhsil

21 Sentyabr 2010, 23:23

Moskvanın mərkəzində bir neçə gün əvvəl güllələnmiş cinayətkar aləmin nüfuzlu liderlərindən sayılan 73 yaşlı yezidi kürdü Aslan Usoyan (Ded Xasan) PKK hamisi çıxıb. Modern.az türk mətbuatına istinadən xəbər verir ki,  Usoyanın PKK ilə bağlantıları olmasına dair məlumatlar əldə olunub. 
SV Pressa agentliyi Usoyanın PKK ilə yaxın işbirliyi içində olduğunu xəbər verir. Agentlik qeyd edir ki, Usoyan özünü kürdlərin ən önəmli hamisi kimi qələmə verir. Agentliyə görə Usoyanı 2008-ci ildə Bakıda olub. O “Bilo” kod adlı bir kürdlə görüşərək Türkiyədən yola çıxan bəzi kürdlərin Gürcüstan və Azərbaycan  üzərindən Rusiyaya  gətirilərək bu ölkədə yerləşdirilməsini təşkil edib.
Usoyanın PKK- ya silah satışa ilə əlaqadar bağlantıları olduğu da iddia olunur. Usoyanın yaxın dostu, kürd əsilli gürcü vətəndaşı Zaxari Kalaşov çirkli pulların axıdılması və qanunsuz cinayətkar dəstə qurmaq ittihamı ilə ötən ilin iyun ayında İspaniyada həbs olunaraq 7,5 il iş alıb.

Kalaşov 2006-cı ildə Londonda zəhərlənərək öldürülən keçmiş KQB zabiti Aleksandr Litvinenko tərəfindən PKK-ya silah satılmasında vasitəçilik etdiyinə görə ittiham olunmuşdu.

“Ded Xasan” 1992-ci ildə Moskvada 2 türk vətəndaşını öldürən “Yaponçik” ləqəbli Vyaçeçlav İvankovun ötən il öldürülməsindən sonra Rusiya  mafiyasının başına keçib. Moskvanın mərkəzində ”Yapoqnçik”  kimi peşəkər nişançı tərəfindən sərrast güllə yarası alan Usoyanın hazırda müalicə aldığı xəstəxananı 100-ə yaxın polis qoruyur.  Rus mətbuatı yazır ki, Usoyan bütün Qafqazlarda  bağlantıları var.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə