Aprelin 25-də Kooperasiya Universitetində mərhum prezident Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan “İqtisadiyyatın kooperativ sektorunda innovasiyalar yeni texnologiyalar” mövsuzunda elmi-praktiki konfrans keçirilib.
Modern.az-ın verdiyi xəbərə görə, konfransda “Azərbaycanda kooperasiyanın inkişafının Heydər Əliyev mərhələsi” adlı məruzə ilə çıxış edən universitetinin rektoru, deputat Eldar Quliyev bildirib ki, mərhum prezidentin kənd təsərrüfatı və kooperasiya sahəsinin inkifaşında rolu böyükdür: “Azərbaycanın tarixində çox tanınmış şəxsiyyətlər olub.
Amma onların içərisində xalq tərəfindən ən çox sevilən şəxsiyyət Heydər Əliyev olub. Heydər Əliyev Azərbaycan respublikasının qurucusudur. Mərhum prezidentimiz hər zaman kənd təsərüüfatının inkişaf üçün səy göstərib. Onun nəzarəti sayəsində taxılçılıq, üzümçülük, tütünçülük, quşçuluq və heyvandarlıq kimi sahələr ildən ilə inkişaf edib.
Onun səyləri nəticəsində 70 illərdə kooperasiya sahəsində də yeniliklər oldu.
Kooperasiya həmişə Heydər Əliyevin nəzarətində olub. Onun böyük diqqəti sayəsində hazırda universitetimiz ən yüksək səviyyəyə çatıb. Özəl sektorda yeganə universitetdir ki, dövlət tərəfindən belə bir diqqət var. Bu il universitetin 50 illiyi, kollecin isə 75 illiyi münasibətilə prezident İlham Əliyev bir çox müəllimlərimizi və əməkdaşlarımızı “Tərəqqi” medalı və “Əməkdar müəllim” adı ilə təltif edib. Bu da prezidentimizin kooperasiyaya olan müsbət münasibətidir”.
Konfransın sonunda Eldar Quliyev gələcəkdə universitetlə bağlı görüləcək işlər haqqında danışıb.
Sevinc Yasinqızı