Nepalda 7,9 bal gücündə zəlzələ baş verib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, episentri paytaxt Katmandudan 80 kilometr şimal-qərbdə yerləşən zəlzələ nəticəsində rəsmi məlumatlara görə 2 nəfər həla olub. 15 yaşlı qız Hindistanın şimalındakı kəndlərdən birində divarın aşması nəticəsində, Katmandu sakini isə şəhər küçələrindən birində heykəlin alıtnda qalaraq dünyasını dəyşiib. Katmanduda olan avropalı jurnalistlər isə içərisində azı 400 nəfərin olduğu 9 mərtəbəli binanın gözləri qarşısında çökdüyünü bildiriblər. Ölkənin şimalındakı dağlıq kəndəlrələ əlaqə kəsildiyi üçün həlak olanların sayının daha da artacağı gözlənilir. Bundan başqa, Nepalın ən qürur duyduğu taruixi abidələrdən biri – XIX əsrin əvvəllərində hərbi məqsədlər üçün tikilən 62 metrlik Carahara qülləsi də dağılıb.
Modern.az