Modern.az

Azərbaycanda 3 kişi bədbəxt hadisə nəticəsində ölüb

Azərbaycanda 3 kişi bədbəxt hadisə nəticəsində ölüb

25 Aprel 2015, 13:37


Aprelin 24-də Səbail rayonunun Badamdar qəsəbəsində Biləsuvar rayon sakini Əlkömək Muradov hasar tikərkən yıxılaraq dünyasını dəyişib.

Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, aprelin 21-də Sabunçu rayonu ərazisində Bakı şəhər sakini İlkin Rabilovu elektrik cərəyanı vurub. Xəstəxanaya yerləşdirilən İlkin Rabilov aprelin 24-də orada ölüb.

Aprelin 24-də Cəlilabad rayonunun Sabirabad kəndində kənd sakini Hüseyn Ağalarov çaya yıxılaraq boğulub.

Onun meyiti sudan çıxarılıb. Aprelin 24-də Xəzər rayonunun Şüvəlan qəsəbəsində yaşayan Fuad Hüseynovu evinin həyətində elektrik cərəyanı vurub və o, xəstəxanaya yerləşdirilib.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə