Modern.az

Sabah Qazaxıstanda prezident seçkiləridir - namizədlər KİMLƏRDİR?

Sabah Qazaxıstanda prezident seçkiləridir - namizədlər KİMLƏRDİR?

25 Aprel 2015, 15:00

Aprelin 26-da Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, aprelin 25-i ölkədə “sükut günü”dür və hər cür təbliğat-təşviqat kompaniyası qadağan olunub. Prezident kürsüsü uğrunda hazrki prezident Nursultan Nazarbayev, Qazaxlıstan Kommunist Xalq Partiyasının üzvü Turqun Sızdıkov və müstəqil namizəd Abilqazi Kusainov iştirak edir.

Modern.az seçkilərə iddialı şəxslər barədə qısa informasiyanı təqdim edir.


Nursultan Nazarbayev - 1940-cı ildə Almata vilayətində doğulub. Dneprodjerzinsk texniki peşə məktəbini (1960), SSRİ Mərkəzi Komitəsinin Ali Partiya Məktəbini (1976) bitirib. 1989-cu ildən Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, 1991-ci il dekabrın 16-da Qazaxıstanın prezidentidir. Sara Nazarbayeva ilə evlidir. Onların Dariqa, Dinarə və Aliyə adlı 3 qız övladı var. 75 yaşlı prezidentin 5 nəvəsi və 2 nəticəsi var.  


Turqun Sızdıkov - 1947-ci ildə Qazaxıstanın Kokşetaus vilayətində anadan olub. Qazaxıstan Kənd Təsərrüfatının Mexanizasiyası və Elektosifikasiyası Texnikumunu bitirib. 70-ci illərdə mərkəzi Qazaxıstanda sovxoz və müəssisələrdə, daha sonra komsomol partiya orqanlarında çalışıb. 90-cı illərin ortalarından Akmola vilayətində dövlət strukturlarında çalışıb. 2003-2013-cü illərdə Akmola vilayət məclisinin aparat rəhbəri olub. Evlidir və Oljas (1968), Oljar (1974) və Oljan (1985) adlı 3 oğlu var.


Abilqazi Kusainov - 1952-ci ildə Karaqanda vilayətində doğulub. Karaqanda Texniki İnstitutunu (1981) və Rusiya İdarəçilik Akademsiyasını (1992-qiyabi) bitirib. İş fəaliyyətini Karaqandadakı daş kömürü mədənlərində başlayıb. Karaqanda şəhər Kirov rayon partiya komitəsinin 1-ci katibi, Karqanda vilayət partiya komitəsinin 2-ci katibi çalışıb (1980-1991).

Müstəqil Qazaxıstanda nəqliyyat və kommunikasiya nazirinin müavini (1999-2001), sənaye və ticarət nazirinin müavini (2002-2003) və Qazaxıstanın nəqliyyat və kommunikasiya naziri (2009-2011) çalışıb. Hazırda Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının prezidentidir. Qaliya Kusainova ilə evlidir və Kımbat (1982) adlı qızı, Arman (1984) adlı oğlu var.    

Vüqar İsmayılov         

 
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə