Modern.az

Sabah 25 dərəcəyə qədər isti olacaq

Sabah 25 dərəcəyə qədər isti olacaq

25 Aprel 2015, 15:21

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir. Gündüz cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9, gündüz 15-19 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət gecə 80-85, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 26-da hava şəraitinin yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz saatlarında ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturunun gecə 5-10, gündüz 15-20, bəzi yerlərdə 23 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10, bəzi yerlərdə 15 dərəcə isti olacağı gözlənilir.

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə