Nazir 114 nəfəri insanların gözü önündə polisə götürdü. Modern.az-ın məlumatına görə bu gün Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubov Göyçayda vətəndaşlarla görüşüb.
Görüş polis orqanlarının fəaliyyəti ilə bağlı Göyçay polis şöbəsində keçirilib. Mingəçevir, Yevlax, Ağdaş, Ağsu, Göyçay, İsmayıllı, Kürdəmir, Şamaxı, Ucar şəhər və rayonlarından olan sakinlərin və bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlərin bir qrupu görüşdə iştirak edib. Vətəndaşları dinləyən nazir qaldırılan problemlərin əksəriyyətini yeribdə həll edib.
Bundan başqa, öncədən verilmiş elanlara uyğun olaraq həmin şəhər və rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində və Daxili Qoşunların sıralarında xidmət etmək istəyən 770 nəfər də qəbulda iştirak edib. Onların arasından xidmətə daha yararlı və hazırlıqlı 114 gənc seçilərək sənədlərinin hazırlanması üçün aidiyyatı baş idarələrin rəhbərlərinə müvafiq göstəriş verilib.
Modern.az