Modern.az

Londonlu ekspert: “Qarabağ münaqişəsinin təsadüfi gərginləşməsi ehtimalı var”

Londonlu ekspert: “Qarabağ münaqişəsinin təsadüfi gərginləşməsi ehtimalı var”

25 Aprel 2015, 21:50


İndiki məqamda Dağlıq Qarabağda genişmiqyaslı müharibə üçün əsas yoxdur, ancaq münaqişənin təssadüfən gərginləşməsi üçün ehtimallar var. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bunu Londondakı şərqi və Afrika araşdırmaları məktəbi yanında müasir Orta Asiya və Qafqaz mərkəzinin elmi əməkdaşı Lourens Broyers internetlə keçirdiyi mətbuat konfransında deyib. Eksperetin fikrincə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatı çox məhduddur: “Mandata daxil olan səfir Kaspşik və səfirin 5 səhra köməkçisi tərəfləri öz hərəkət marşrutları barədə məlumatlandırmalıdırlar”.

Lourens deyib ki, bu gün onun əvvəllər təklif etdiyi kimi erməni və Azərbaycan komandirləri, yaxud müdafiə nazirlikləri arasında birbaşa əlaqə yoxdur: “Müvafiq olaraq situasiya səhv qavrama və qeyri-adekvat reaksiyaya, qərəzsiz gərginləşməyə gətirib çıxara bilər”. 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə