Modern.az

Erməni nazir Azərbaycanın müharibə bəyanatlarından qorxur

Erməni nazir Azərbaycanın müharibə bəyanatlarından qorxur

Təhsil

22 Sentyabr 2010, 13:07

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan  BMT-in «Minilliyin İnkişaf Məqsədləri» plenar iclasında Azərbaycan tərəfinin müharibə bəyanatlarından danışıb. Erməni nazirin sözlərinə görə, bu cür çıxışlar regionda sülhü poza bilər.

«Biz bu gün Azərbaycanın hərbi mövqeyini, büdcəsini, imkanlarını görürük. Hesab edirik ki, bu region üçün təhlükəlidir».

Modern.az erməni mətbuatına istinadla xəbər verir ki, erməni nazir bu dəfə də ənənəsinə sadiq qalaraq Dağlıq Qarabağda yaşayan ermənilərin hüquqlarını xatırladıb. Onun sözlərinə görə, Dağlıq Qarabağdakə separatçı rejim öz gələcəyini qurmaq isəyir. “Amma bu cür şərtlər altında ermənilərin həyatı təhlükədədir”-deyə nazir vay-şivən qoparıb.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə