Modern.az

ABŞ səfiriliyi: “Azərbaycan mühüm bir hadisə ərəfəsindədir”

ABŞ səfiriliyi: “Azərbaycan mühüm bir hadisə ərəfəsindədir”

Təhsil

22 Sentyabr 2010, 15:01

Sentyabrın 22-də Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki müvəqqəti işlər vəkili Adam Sterlinq Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşüb. Bu barədə Modern.az-a MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib. ABŞ-ın Azərbaycanın dostu və strateji müttəfiqi olduğunu xatırladan MSK sədri bu ölkənin müvəqqəti işlər vəkili ilə görüşdən məmnunluq duyduğunu bildirib. MSK ilə ABŞ səfirliyi arasında uzun müddətdən bəri sıx əməkdaşlığın mövcud olduğunu vurğulayan Adam Sterlinq Azərbaycanın çox mühüm bir hadisə ərfəsində olduğunu qeyd edib və Milli Məclisə seçkilərlə bağlı vəziyyətlə maraqlanıb. MSK sədri seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı  qanunvericiliyin tələbləri və görülən işlər barədə qonağa ətraflı məlumat verib. Görüşdə qarşıdan gələn seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyası ilə ABŞ  səfirliyi arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Modern.az  

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə