Modern.az

Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşlarına mənzil veriləcək

Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşlarına mənzil veriləcək

Təhsil

22 Sentyabr 2010, 19:03

AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 50 illik yubileyinə həsr olunmuş bu ilin sentyabr ayında keçirilməsi nəzərdə tutulan beynəlxalq konfrans rəsədxana ərazisində aparılan rekonstruksiya işləri ilə əlaqədar 2012-ci ilin sentyabrına kimi təxirə salınıb.

Modern.az xəbər verir ki, bu barədə AMEA-nın mətbuat xidmətinə rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyev danışıb. Onun bildirdiyinə görə, AMEA rəhbərliyinin qərarı ilə təxirə salınan konfrans öz statusunu saxlamaqla bərabər, həm də rəsədxananın rekonstruksiyasına həsr olunacaq. Rəsədxana ərazisində aparılan yenidənqurma işləri nəticəsində ərazi iki dəfə artırılaraq təxminən 50 ha çatdırılıb. Əraziyə qaz xətti çəkilib, qazanxana işə salınıb. Buraya çəkilən yolun təmiri başa çatdırılıb, su xətti yenilənib. Rəsədxananın laboratoriya korpusu tam təmir olunub. Qonaqların rəsədxanada qalmaları və turizm məqsədilə yaxınlıqda tikilən 10 kotec və ərazidəki 2  beşmərtəbəli binanın tikintisi başa çatdırılmaq üzrədir. Rəsədxananın Şamaxıda işləyən əməkdaşlarının hər birinin mənzillə təmin olunması da nəzərdə tutulur.

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə