Modern.az

General nəhayət deputatlığa namizədliyini verdi

General nəhayət deputatlığa namizədliyini verdi

Təhsil

22 Sentyabr 2010, 19:40

Modern.az bir müddət öncə Milli Məclisə keçiriləcək seçkilərdə keçmiş korpus komandiri, ehtiyatda olan general-mayor Mahmud Həmzəyevin də iştirak edəcəyini xəbər vermişdi.
”Seçkilər” İnformasiya Mərkəzindən verilən məlumata görə, general artıq deputatlığa namizədliyini irəli sürüb və imza vərəqələrini alıb.

General namizədliyini 107 saylı Qazax seçki dairəsindən verib.

General-mayor Mahmud Həmzəyev uzun müddət Azərbaycan Silahlı Qüvvələrində müxtəlif vəzifələrdə xidmət edib. O, 2009-cu il noyabrın 5-də Beyləqan zonasında yerləşən İkinci ordu korpusunun komandiriliyindən təqaüdə göndərilib.

Modern.az    

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə