Qondarma Abxaziya Respublikasının vitse - prezidenti Aleksand Ankvaba qarşı sui-qəsd olunub. Modern.az-ın lenta.ru –ya istinadən verdiyi məlumata görə, insident sentyabrın 23-də gecə saatlarında baş verib.
Naməlum silahlılar Ankvabın Abxaziyanın Lıxrı Qudautskovo kəndi yaxınlığındakı evini atəşə tutulub. Etimal olunur ki, atəş qranatandan açılıb. Nəticədə məmur kürək nahiyəsindən qəlpə yaraları alıb. Təcli xəstəxanaya çatdırılan Ankvabın həyatı üçün hər hansı təhlükənin olmadığı bildirilir. Hazırda hadisə yerində operativ qrup işləyir və cinayətkarların tapılması istiqamətində tədbirlər görülür.
Qeyd edək ki, bubdan əvvəl də Avkvabın həyatına daha üç dəfə sui-qəsd olunub. 2005-ci ilin mart və aprel aylarında onun avtomobili avtomatdan, 2007-ci ilin iyulunda isə xidməti maşınına qranatandan atəş açılıb. İlk iki halda Ankvab xəsarət almasa da, üçüncü hadisədə qəlpə yaraları alıb.
Modern.az