Modern.az

Azərbaycan dünyanın 30 ölkəsinə neft ixrac edir

 Azərbaycan dünyanın 30 ölkəsinə neft ixrac edir

Təhsil

23 Sentyabr 2010, 16:54

Azərbaycan Avropa Birliyi ölkələrini qazla təmin edilməsi üçün daha əlverişli marşrutlar araşdırır. Bu sözləri ARDNŞ-in vitse-prezidenti Xoşbəxt Yüsifzadə sentyabr ayında Azərbaycan, Gürcüstan və Rumınaya arasında Azərbaycanın maye qazının Avropaya nəqli ilə bağlı müşətərək müəssənin perspektivlərini şərh edərkən bildirib. O, deyib ki,  Azərbaycan İpək yolu Cənub dəhlizinin yaradılması strategiyasını dəstəkləyir. Bundan başqa digər layihələr- Türkiyə-Yunanıstan-İtaliya, “Nabukko”, Transaralıqdənizi qaz kəməri, “Ağ axın” layihələri və eləcədə sıxılmış və maye qazın Gürcüstana, Bolqarıstana və Rumınaya nəqli kimi layihələr üzərində işlənilir.

“Azərbaycan Avropa ölkələrinin və digər regionların etibarlı qaz təminatının yaradılması üçün nəql axınlarının bundan sonrada diversifikasiyasının tərəfdarıdır”- deyən vitse-prezident qeyd edib ki, hazırda Azərbaycandan neft və neft məhsullara dünyanın 30 ölkəsinə ixrac edilir. Azərbaycan qazı isə Gürcüstana, Türkiyəyə, Rusiyaya, İrana və Yunanıstana nəql edilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı