Modern.az

Xızıdakı ağır yol qəzası barədə rəsmi məlumat açıqlanıb

Xızıdakı ağır yol qəzası barədə rəsmi məlumat açıqlanıb

Təhsil

23 Sentyabr 2010, 19:54

Fövqəladə Hallar Nazirliyi Xızı rayonu ərazisində, Xızı-Giləzi yolunun 47-ci kilometrliyində baş vermiş ağır yol qəzası barədə rəsmi məlumar yayıb.
Modern.az xəbər verir ki, məlumatda bildirilib: "Sentyabrın 23-də Xızı rayonu ərazisində, Xızı-Giləzi yolunun 47-ci kilometrliyində "Kamaz" markalı yük avtomobili sürücünün idarəetməsindən çıxaraq körpüdən aşıb. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, avtomobildə olan 1 nəfər həlak olub, 2 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb. Xilasedicilər həlak olmuş şəxsin cəsədini aidiyyəti üzrə təhvil verib və hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 14:25-də başa çatıb".

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var