Modern.az

Dünyanın ən seksual qadınları ermənilərdir

Dünyanın ən seksual qadınları ermənilərdir

Mədəni̇yyət

5 May 2015, 17:44

Dünyanın ən seksual qadınları ermənilər, ən seksual kişiləri irlandlardır. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Huffington Post ABŞ-da Misstravel.com veb-saytı ilə apardığı araşdırma nəticəsində belə qənaətə gəlib. Məlumat görə, sorğu 110 min amerikalı arasında aparılıb. Huffington Post qeyd edir ki, respondentlərin bu qənaətə gəlməsinə erməni əsilli Kim Kardaşyanın yaxınlarda Ermənistanda səfərdə olması təsir göstərə bilər. Ötən il isə analoji MissTravel-in analoji reytinqində ilk sırada avstraliyalı kişilər və braziliyalı qadınlar olublar. 

MissTravel-in versiyasına görə dünyanın ən seksual qadın və kişilərinin siyahısı belədir: 

Dünyanın ən seksual qadınları: 

1. Ermənilər

2. Barbadoslar

3. Amerikalılar

4. Kolumbiyalılar

5. İngilislər

6. Аvstraliyalılar

7. Braziliyalılar

8. Filippinlilər

9. Bolqarlar

10. Liviyalılar 

Ən seksual kişilər isə bunlardır: 

1. İrlandiyalılar

2. Avstraliyalılar

3. Pakistanlılar

4. Amerikalılar

5. İngilislər

6. Şotlandlar

7. İtaliyalılar

8. Nigeriyalılar

9. Danimarkalılar

10. İspanlar  


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır