Modern.az

İlham Əliyev: "Rəsmi İrəvan hadisələrin qızışdırılmasına çalışır"

İlham Əliyev: "Rəsmi İrəvan hadisələrin qızışdırılmasına çalışır"

24 Sentyabr 2010, 10:01


Sentyabrın 23-də Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahında təşkilatın Baş Məclisinin 65-ci sessiyası çərçivəsində ümumi müzakirələr başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Məclisinin 65-ci sessiyasında çıxış edib. 
“Azərbaycanla Ermənistan arasında davam edən silaşlı münaqişə hələ də bölgədə və beynəlxalq aləmdə təhlükəsizliyə və sülhə təhlükə yaradır”.
ANS-in məlumatına görə, bunu Azərbaycan Respulikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının sessiyasındakı çıxışında deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi Azərbayacan ərazilərinin beşdə birinin işğalı ilə nəticələnib, Azərbaycan vətəndaşlarının hər 9 nəfərdən biri məcburi köçkünə çevrilib. Prezident İlham Əliyev bildirib ki, Ermənistanın ciddi beynəlxalq cinayətlər törədərək, Azərbaycan torpaqlarında etnik təmizləmə siyasəti yürüdülməsi, monoetnik mədəniyyət yaratmaq istiqamətində fəaliyyət, Azərbaycan ərazilərini işğal edilməsindən məsuliyyət daşıdığı təsdiqlənib:
“BMT-nin Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib və Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, ərazilərin əldə edilməsi üçün gücün təbiqinin qəbuledilməzliyini dəstəkləyib. Qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu, işğalçı qüvvələrin dərhal işğal edilmiş Azərbaycan torpaqlarından geri çəkilməsinə çağırılıb. BMT Baş Asambleyası və digər beynəlxaq təşkialatlar,o cümlədən ATƏT, Avropa Birlyiyi, Avropa Paralmenti, İslam Konfransı Təşkilatı da eyni mövqedən çıxış ediblər. Təssüf ki,beynəlxalq ictimaiyətin birgə mövqeyninə baxmayaraq, Azərbayacan əraziləri işğal altında qalmaqda davam edir”.

Prezident İlham Əliyev bəyan edib ki, rəsmi İrəvan münaqişəyə müvafiq həll variantı tapmaq əvəzinə sonu bilinməyən nəticələrə səbəb olan hadisələrin qızışdırılmasına çalışır. Onun sözlərinə görə, hazırda davam edən siyasi cəhdlərə baxmayaraq, Azərbaycanın işğal olunmuş ərazilərində beynəlxalq hüququn pozulması halları artır, işğal olunmuş ərazilərindəki mövcud status-kvo pozulur, işğal olunmuş ərazilərdə etnik təmizləmə siyasətinin nəticələri saxlanılır. Azərbaycan Prezidentinin fikrincə, bütün bunlar münaqişənin sülh yolu ilə həllinə ciddi maneələr yaradır:
“Münaqişənin başlanmasından keçən dövr ərzində işğal olunmuş ərazilərdə məskunlaşma halları stimullaşdırılır. ATƏT 2005-ci ildə işğal olunmuş Azərbaycan ərazilərinə faktaraşdırıcı missiya göndərib. Bu missiya orada məsukunlaşma izlərini aşkarlayıb və Azərbaycanın işğal olunmuş ərazilərindəki məskunlaşmanın dayandırılmasına çağırıb”.

İlham Əliyev işğal olunmuş ərazilərdəki tarixi və mədəni abidələrin dağıdılmasına da toxunub. O, Baş Assambleyanın diqqətinə çatdırıb ki, Ermənistanın məqsədi Azərbaycanın izlərini daşıyan mədəni və tarixi kökləri məhv etməkdir. Azərbaycan Prezidentinin sözlərinə görə, işğal olunmuş ərazilərdə heç bir Azərbaycan tarixi və mədəni abidəsi qalmayıb, heç bir müqəddəs yer vandalizmdən xilas olma bilməyib. O bəyan edib ki, işğal olunmuş ərazilərdə aparılan məskunlaşma, tarixi və mədəni abidələrin dağıdılması və başqa qeyri-qanuni əməllər oradan köçkün düşmüş insanların hüquqlarını pozur.

Prezident İlham Əliyev bildirib ki, uzanan siyasi danışıqlar beynəlxalq hüququn norma və prinsplərinin, insan hüquqlarının pozulmasına gətirib çıxarmamalıdır:
“Dağlıq Qarabağda və ətraf rayonlarda silahlı münaqişənin tezliklə həll olunması bizim üçün vacib məsələ olaraq qalır. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri bölgəyə sülh və əmin-amanlıq gətirmək səylərini artırıblar. Münaqişə ilə bağlı qətanəmələr Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən təyin olunmuş vaxt ərzində çıxarılmasını tələb edir, bütün kommuniksiyaların bəorpasını, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına geri qaytarılmasını, Dağlıq Qarabağın daxili muxtariyyət statusunun müəyyənləşdirilməsini və bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsini nəzərdə tutur. Biz Dağlıq Qarabağın Azərbaycan daxilində yekun statusu ilə bağlı danışıqları davam etdirməyə hazırıq”.

Azərbaycanın dövlət başçısı bildirib ki, rəsmi Bakı münaqişənin sülh yolu ilə həllinə çalışsa da, Ermənistan tərəfi bunun üçün heç bir addım atmır. Məsələn, rəsmi İrəvan ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təklif edilən yenilənmiş Madrid prinsiplərinə hələ də cavab verməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır