Modern.az

Niyə hər gün dünyada minlərlə uşaq tələf olur, xəsarət alır?

Niyə hər gün dünyada minlərlə uşaq tələf olur, xəsarət alır?

Təhsil

6 May 2015, 10:04


Ona görə ki, təhlükəsizliyin təmin olunması üçün görülən tədbirlər kifayət etmir.

Dövlət Yol Polisinin əvvəlki illərinin rəsmi statistikasına əsasən  respublika üzrə qeydə alınmış Yol Nəqliyyat Hadisələrinin (YNH) 38,5%-ni (1097) piyadaların vurulması təşkil etib, nəticədə 398 piyada həlak olub, 784-ü yaralanıb. 119 YNH-i piyadaların YHQ pozmaları nəticəsində baş verib.

Respublika üzrə qeydə alınmış YNH-i nəticəsində 81 nəfər uşaq və yeniyetmə həlak olub, 268 nəfər yaralanıb. Məhs bu məqsədlə 4-10 may 2015-ci il tarixlərində BMT "SaveKidsLives" adlı Ümumdünya Yol Hərəkəti Təhlükəsizliyi Həftəsi keçirir. 4 may 2015-ci il tarixdəm Savekidslives təşəbbüsünə Holcim (Azərbaycan) şirkəti də qoşulub. 
Şirkət daim uşaqların qayğısına qalır və yollarda təhlükəsizliyin qarşısının alınması üzrə maarifləndirmə aksiyaları həyata keçirir. Bu qayğını nə dərəcədə həyata keçirməyi nümayiş etdirmək məqsədilə Holcim bu imkandan yararlanır.

Yol hərəkətlərinin təhlükəsizliyi mövzusunda keçirilən tədbirdə işçilər, Qaradağ rayonu Ümid qəsəbəsindən olan məktəblilər və uşaqlar cəlb edilib. Təşəbbüsün sonunda “Uşaqların həyatının xilasedilməsi üzrə Bəyannamə” imzalanıb və iştirakçıların şəkilləri çəkilib.

Şəkillər şirkətin İsveçrədəki baş ofisinə göndərilmiş və şirkətin facebook səhifəsində yayımlanıb.  Məlumat Modern.az-a Holcim-dən verilib.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat