Gürcaüstan prezidentu Georgi Marqvelaşvili Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləmək üçün parlamentə göndərib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda Prezident Administrasiyasından məlumat verilib. Müvafiq sənədin artıq parlamentin dəftərxanasına verildiyi bildirilir.
Prezidentin Nazirlər Kabinetinin yeni tərkibinin parlamentə təqdim etmə müddəti mayın 8-də başa çatacaqdı. Yeni hökumətdə 3 yeni nazir – Tina Xidaşeli (müdafiə naziri), Qiqla Aqulaşvili (ətraf mühiti mühafizə naziri) və Tariel Xeçikaşvili (gənclərlə iş və idman naziri) olacaq.Bir həftə əvvəl Gürcüstanın idman və gənclərlə iş üzrə naziri Levan Kipianinin istefası hökumətin tam tərkibdə istefaya getməsi ilə nəticələnib. Bundan sonra baş nazir İrakli Qaribaşvili yeni hökumət formalaşdırmalı idi. O, aprelin 30-da yeni hökumətin tərkibini prezidentə təqdim edib.
Modern.az