“Forbes Türkiyə” jurnalı ölkənin ən çox qazanan yazarlarını müəyyən edib. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ən məşhur türk yazarı, ədəbiyyat üzrə Nobel mükafatçısı Orxan Pamuk siyahının üçüncü pilləsində yer alıb. Onun son romanı 180 min tirajla çap olunub.
İkinci yerdə ən məşhur xanım yazarlardan olan Ayşə Kulindir. Onun iki kitabının hər biri 150 min tirajla çap edilib. Birinci yerin sahibi Uğur Koşarın isə ötən il çap olunan kitablarının ümumi tirajı 800 min nüsxə olub. Türkiyənin başqa tanınmış yazarlarından İsgəndər Pala dördüncü, Əhməd Batman altıncı, Sinan Yağmur isə səkkizinci yeri tutur. Maraqlısı budur ki, Türkiyənin ən tanınmış xanım yazarı Elif Şafakın adı ilk onluğa düşməyib. Elmin NURİ