Modern.az

Yerə ən uzaq olan qalaktika kəşf edilib

 Yerə ən uzaq olan qalaktika kəşf edilib

6 May 2015, 22:07


Amerika alimləri zaman və məsafə baxımından Yer kürəsinə indiyə qədər ən uzaq olan qalaktika kəşf ediblər.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Yel və Kaliforniya Sanda Cruz universitetlərindən alimlərin üç müxtəlif teleskopdan istifadə edərək kəşf etdiyi yeni qalaktikanın, dünyaya 13,1 milyard işıq ili məsafədə olduğu və Kainatın ilk nəsil planetləri arasında yer aldığı qeyd olunub. EGS-zs8-1 adı verilən qalaktikanın, Böyük Partlamadan 670 milyon il sonra və yalnız təxminən 100 milyon yaşında olduğu qeyd edilib.

Kəşfi “Astrophysical Journal Letters” jurnalında fotosu çap olunan qalaktikanın, Çoban (Bootes) Bürcündə yerləşdiyi və Süd Yolu qalaktikasının hazırda doğurduğunun 80 dəfə nisbətən ulduzlar dünyaya gətirdiyi ifadə edilib.

Elmin NURİ

 
Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat