Modern.az

"2005-ci ildə də namizədliyini müstəqil verən YAP-çılar vardı, amma geri çəkildilər"

"2005-ci ildə də namizədliyini müstəqil verən YAP-çılar vardı, amma geri çəkildilər"

24 Sentyabr 2010, 12:59

Parlament seçkilərində namizədliyini müstəqil şəkildə irəli sürmüş Yeni Azərbaycan Partiyasının üzvləri ilə fərdi qaydada söhbət aparılacaq. Bu barədə YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev Modern.az-a bildirib. Onun sözlərinə görə, bu söhbətlər zamanı partiyanın seçki ilə bağlı tutduğu mövqe və taktika onlara izah ediləcək.

“Ola bilsin ki, bi şəxslərin partiyanın qərarından xəbərləri yoxdur, ya da seçklərdə güclərini sınamaq istəyirlər. Bütün hallarda partiyanın qərarını icra etməlidirlər”-deyə partiya mənsubu bildirib.
H.Paşayevin sözlərinə görə, 2005-ci ildə də analoji vəziyyət müşahidə edilib. O zaman YAP seçkilərlə bağlı namziədlərini açıqladıqdan sonra müstəqli namizəd kimi marafona qatılan partiya üzvləri seçki kampaniyasından kənara çəkiliblər. Partiyanın qərarına tabe olmayan üzvlər YAP üzvlüyündən çıxarılacaq”-deyə H. Paşayev bildirib.

Xatıraladaq ki,  20-dən çox Yeni Azərbaycan Partiyasının üzvü parlament seçkilərində iştirik etmək üçün namizədliyini müstəqil şəkildə irəli sürüb. Bunların arasında porfessor Əli Əlirzayev, Aydın Həsənov, Minayə Əliyeva kimi keçmiş deputatlar var.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır