Modern.az

MSK seçkiqabağı ödənişsiz təşviqat aparacaq KİV-lərin adlarını açqılayıb

MSK seçkiqabağı ödənişsiz təşviqat aparacaq KİV-lərin adlarını açqılayıb

24 Sentyabr 2010, 13:32

Modern.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyası noyabrın 7-də keçiriləcək parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat aparmaq üçün ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq KİV-lərin adını açıqlayıb.
Bunlar İctimai Televiziya və Radio Yayımları Şirkəti, "Azərbaycan", "Xalq qəzeti", "Respublika" və "Bakinski raboçi" qəzetləridir. Ödənişsiz efir vaxtı və dərc üçün yer seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara və ya siyasi partiyaların bloklarına aiddir.

Bu KİV-lər təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barədə məlumatları seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edilməsindən sonra, ən geci, 30 gün keçənədək dərc etməlidir. Təşviqat subyektləri müəyyənləşdirildikdən sonra, bu məlumat qanunla müəyyən edilmiş qaydada onlara da göndərilməlidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir