Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

7 May 2015, 13:20

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Modern.az-a verdiyi məlumata görə, mayın 8-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 8-12, gündüz 16-20 dərəcə isti olacaq.

Mayın 8-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 8-13, gündüz 20-25, dağlarda gecə 2-5, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat