Modern.az

Avropa Oyunlarında iştirak edəcək idmançılarımız - FOTOLAR

 Avropa Oyunlarında iştirak edəcək idmançılarımız - FOTOLAR

7 May 2015, 15:45

Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən idman məktəblərindən I Avropa Oyunlarında iştirak edəcək idmançıların təqdimatı davam edir.

I Avropa Oyunlarında ölkəmizi təmsil edəcək idmançılardan 24 nəfəri Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələri və həmin məktəblərdə çalışan məşqçi-müəllimlərdir.

Onlar 7 idman növü üzrə (atletika, akrobatika gimnastikası,badminton, qılıncoynatma, sambo, sərbəst güləş, stolüstü tennis) mübarizə aparacaqlar.


Babayev Rasim “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Mərkəzinin yetirməsidir.

İdmanın lövhə atma növü üzrə 2 qat Azərbaycan çempionu, yadro itələmək üzrə Avropa Yeniyetmələrinin Olimpiya festivalının iştirakçısı, yeniyetmələr arasında Azərbaycan rekordçusu olan R.Babayev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alır.


Biryukova Aleksandra Bakı şəhər 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Atletika Məktəbinin yetirməsidir. Azərbaycan çempionatının iştirakçılarından olan  A.Biryukova idmanın hündürlüyə tullanma növü üzrə məşğul olur.


Ramazanova Nərmin VIII sinif şagirdidir. Akrobatika gimnastikası ilə məşğul olan N.Ramazanova respublika çempionatının qalibi, Minsk şəhərində keçirilmiş beynəlxalq turnirin bürünc mükafatçısı, Avropa çempionatının iştirakçısıdır.

N.Ramazanova Təhsil Nazirliyinin İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin yetirməsidir.


Həsənov Abdulla Bakı şəhərı üzrə Təhsil İdarəsinin 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirməsidir.

Qılıncoynatma idman növü ilə məşğul olan A.Həsənov Bakı və Azərbaycan çempionatlarının qalibi, Gürcüstanda keçirilmiş beynəlxalq turnirin bürünc mükafatçısıdır.


Qasımov Amil Gəncə 1 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin yetirməsidir. Gəncə Dövlət Universitetində təhsil alan A.Qasımov sambo üzrə kişilər arasında Avropa və dünya çempionudur.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir