Modern.az

Hələlik 394 nəfər seçkini müşahidə etmək istəyir

Hələlik 394 nəfər seçkini müşahidə etmək istəyir

Təhsil

24 Sentyabr 2010, 15:08

Azərbaycan Respublikasının bütün ərazisində  müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim olunması davam edir. Modern.az-a MSK-nın mətbuat xidmətindən daxil olan məlumata görə, bu günə qədər MSK-ya 394 nəfər müraciət edərək bütün ölkə ərazisi üzrə müşhaidə aparmaq arzusunda olduğunu bildirib. Bütün müraciətlərə müsbət cavab verilib.

Mərkəzi Seçki Komissiyasında qeydə alınmış müşahidəçilərdən 27-si xüsusi icazə almış müşahidəçilərdir. Müşahidəçilərin 309-u öz təşəbbüsü, 35-i siyasi partiyalar, 3-ü isə QHT-lərin təşəbbüsü ilə müşahidəçilik muissiyasını həyata keçirəcəklər.  Ombudsmandan isə 40 nəfərin müşahidəçiliyi qeydə alınıb.

Bütün ölkə ərazisi üzrı müşahidə aparılmasına dair ərizələrin qəbul olunması oktyabrın 28-dək davam edəcək.

Hər hansı bir seçki dairəsinin ərazisində  müşahidə aparmaq istəyən şəxslər isə səsvermə gününə 5 gün qalanadək, yəni noyabrın 2-dək müvafiq seçki dairəsinin dairə seçki komissiyasına müraciət edə bilərlər.

Modern.az

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır