Modern.az

ATV-nin "Son xəbər"i "Qızıl Buta" aldı

ATV-nin "Son xəbər"i "Qızıl Buta" aldı

Təhsil

24 Sentyabr 2010, 18:45

Bu gün «Dünya Azərbaycanlıları» İçtimai Mərkəzi Respublikada «Qızıl Buta» mükafatı uğrunda müxtəlif nominasiyalar üzrə respondentlər arasında sorğunun nəticələrini açıqlayıb.
Sorğunun rəsmi nəticələrinə görə, müxtəlif nominasiyalar üzrə 24 qalib «Qızıl Buta» mükafatına layiq görülüb. 17 min 460 nəfər respondent arasında aparılan sorğunun rəsmi nəticələrinə görə, ATV-nin «Son Xəbər» proqramı televizyada dolğun informasiyanın istehsalında və yayımında xidmətlərinə görə «Qızıl Buta» mükafatınla layiq görülüb. Bu barədə Modern.az-a ATV-dən məlumat verilib.
Bununla yanaşı, sorğunun nəticələrinə görə, dolğun informasiyanın operativ yayımında fəaliyyətinə görə, «Son Xəbər» proqramının aparıcısı Gülnar Muxtarqızı da  «Qızıl Buta» mükafatına layiq görülüb.

 

 


Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü