Modern.az

AİF: "İnternet bazarında böyük paya malik provayderin sayğısızlığı yolverilməzdir"

AİF: "İnternet bazarında böyük paya malik provayderin sayğısızlığı yolverilməzdir"

Təhsil

25 Sentyabr 2010, 18:16

Azərbaycan İnternet Forumu (AİF) bildirib ki, dünən axsam saat 22.30 -dan etibarən Bakinternet Provayderinin müştəriləri  internetdən istifadə edə bilməyiblər.

Modern.az AİF-ə istinadla bildirir ki, Bakinternet-in nə internet  xidməti, nə 155 nömrəli “qaynar xətti”, nə də saytı səhər saatlarınadək isləyib. Bu müddət  ərzində adı çəkilən provayderlə əlaqə yaratmaq mumkun olmayıb. Qabaqcadan istifadəçilərə bu  haqda internet və ya KIV vasitəsilə heç bir xəbərdarlıq verilməyib.

AİF bildirir ki, hadisədən sonra Bakinternet dövlət provayderi baş verənləri öz daxili informasiya sistemlərində yenidənqurma işlərinin aparılması, yeni avadanlıqların (router`in – yönləndiricinin) işə salınması və bununla  bağlı müəyyən problemlərin yaranması ilə izah edib.

AIF bəyan edib ki, ölkənin internet  bazarında ən böyük paya malik olan dövlət provayderi tərəfindən istifadəçilərə qarşı bu cür məsuliyyətsiz və sayğısız münasibət göstərilməsi yolverilməzdir. “Qabaqcadan xəbərdarlıq  edilmədən aparılan işlər nəticəsində  istehlakçıların hüquqları kobudcasına pozulub”.   

AİF bildirir ki, Bakinternet rəhbərliyinin bu məsuliyyətsizliyi nəticəsində vətəndaşların normal informasiya münasibətləri pozulmuş, 10 minlərlə istifadəçi  informasiya azadlığı hüququnu gerçələşdirə bilməmişdir. AİF  bu dövlət  provayderinin tabe olduğu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin baş verən hadisəyə aydınlıq gətirməsini və rəsmi münasibət  bildirməsini vacib hesab edir.

Modern.az  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır