Modern.az

“Rəqibim Asim Mollazadə ilə münasibətim yaxşıdı...”

“Rəqibim Asim Mollazadə ilə münasibətim yaxşıdı...”

Parlament

26 Sentyabr 2010, 15:26

Mill Məclisə keçiriləcək seçkilərdə namziədliyini 22 saylı Nəsimi seçki dairəsi üzrə üzrə irəli sürmüş, deputat Pənah Hüseyn artıq imza vərəqələrini alıb və imza toplamaqla məşğuldur. Modern.az-a açıqlamasında millət vəkili bildirib ki, yaşadığı dairədən səs yığacağına əmindir. O, həmin dairə üzrə rəqiblərini tanımadığını deyərək bununla xüsusi olarq maraqlanmadığını vurğulayıb.

“Dairə üzrə namizədliyini vermiş şəxsləri tanımıram. Hər halda seçki ilə bağlı bütün məsələləri xalqın səsi həll edir”-deyə o vurğrulayıb.

 Rəqib kimi həmin dairədən namzədliyini irəli sürmüş Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə ilə bağlı isə P.Hüseyn şərh vermək istəməyib.

“Bizim münasibətlərimiz yaxşıdı. Elə iki gün öncə səfiriliklərin birində keçirilən tədbirdə bir yerdə idik. Gülüb-danışırdıq...” – Pənah Hüseyn deyib.

Qeyd edək ki, 22 saylı Nəsimi seçki dairəsindən 9-dan çox şəxs imza vərəqlərini götürüb. Hakim partiyanın bu dairədən namizədi Bakı Tikiş Evinin direktoru Fədail Rəhimovdur.
Azərbaycanın keçmiş baş naziri Pənah Hüseyn 2005-ci ildə 63 saylı Sabirabad birinci seçki dairəsindən Milli Məclisə seçilib.

Modern.az  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü